Hollivud ulduzu Ancelina Coli BMT-nin xoşməramlı səfiri kimi Yunanıstanın Pirey limanına gələrək miqrantlarla görüşüb.
Coli bununla dünya liderlərinin diqqətini köçkünlərin probleminə yönəltmək istəyib.
Colinin səfəri 4 minə qədər miqrantın evinə çevrilən limanda böyük ajiotaja səbəb olub
“Biz Ancelinanın bura gəlməsi və bizimlə görüşməsinə görə çox şadıq. Biz, həmçinin yunanlara və onların ölkəsinə minnətdarıq”, – deyə Suriyalı qaçqın Mahmud bildirib. (Azvision)
www.yenicag.az