Con Kerri avtomobil qəzasına düşüb

media-hightechnic-468x90

d796ec3892e831394e6a3928b39a93afABŞ dövlət katibi Con Kerrinin avtomobil korteci Hindistanın Əhmədabad şəhərində hava limanına gedərkən qəzaya uğrayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, kortecdə qəzaya uğrayan iki avtomobilin birində Con Kerri olub.

C. Psaki qeyd edib ki, ABŞ dövlət katibi və onu müşayiət edənlər xəsarət almayıblar.

C. Psaki hadisənin necə baş verməsi barədə tam açıqlama verməsə də, avtomobillərdən birinin sıradan çıxdığını, C. Kerrinin yola başqa avtomobildə davam etdiyini deyib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600