Con Kerri Ərdoğanla görüşəcək

media-hightechnic-468x90

78979ABŞ dövlət katibi Con Kerri qlobal və regional məsələləri müzakirə etmək üçün sabah Ankaraya səfərə gələcək.

Bu barədə Türkiyə XİN məlumatında bildirilir.

“ABŞ dövlət katibi Con Kerri sentyabrın 12-dən 13-dək Türkiyədə səfərdə olacaq. Ali qonaq xarici işlər naziri Mövlud Çavuşoğlu, daha sonra isə prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə danışıqlar aparacaq”, deyə məlumatda bildirilir.

Tərəflər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını, ikitərəfli münasibətlərin aktual mövzularını, regional və qlobal problemləri müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, hazırda Con Kerri “İslam Dövləti” qruplaşmasına qarşı beynəlxalq koalisiya yaratmaq məqsədi ilə Yaxın Şərq ölkələrinə turneyə start verib. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600