!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“COP29 Azərbaycana özünü dünyaya yaxşı tanıtmaq üçün əvəzsiz imkandır” – Neil Uotson

!Reklam – Yazi

“COP29 Azərbaycan və dünya üçün son dərəcə vacibdir. Çünki ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ümumilikdə 96 ölkədən 72 min iştirakçı iştirak edir. O, həmçinin Azərbaycanın inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr, habelə Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya kömək edəcəyinə söz verib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

Siyasi təhlilçi ölkəmizdə keçirilən COP29 tədbirinin mahiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Analitikin fikrincə, BMT-nin Baş katibi Antonio Quterreş açıq şəkildə bəyan etdi və təkrarladı ki, iqlimin maliyyələşdirilməsinə yönəlmiş divarlar yıxılmalı və inkişaf etməkdə olan ölkələr sözügedən məsələdə razılaşmadan Bakını tərk etməməlidirlər:

“Quterreş həmçinin bildirib ki, qlobal emissiyalar ildə 9 faiz azalmalı və 2030-cu ilə qədər 2019-cu ilə nisbətən bu rəqəm 43 faiz civarında olmalıdır. BMT baş katibi dəfələrlə təkrar etdi ki, liderliyi G20-nin üzərinə götürməli və karbohidrogen hasilatı 2030-cu ilə qədər 30 faiz azalmalıdır”.

“Bir sözlə, Bakıdakı COP hamımızı bürüyən ekoloji fəlakətin acı reallığından qaynaqlanan durumları aradan qaldırmaq üçün əlverişli məqamdır. Çünki daha ədalətli dünyaya kollektiv hüququmuzu əks etdirən maliyyə və bərabərliyə ehtiyac bu gün özünü göstərir və bu gün diqqət iqlim dəyişikliyinin ən ağır yükünü daşıyan kiçik ada dövlətlərindədir. Bu, həm də indi müharibədən sonrakı mərhələdə olan Azərbaycan üçün özünü dünya səhnəsinə çıxarmaq, beynəlxalq aləmdə daha yaxşı başa salmaq və bütün ərazilərinin qanuni sahibi olduğunu vurğulamaq üçün əvəzsiz imkandır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv