Çörəyin içindən çıxan cisim-Foto
Bakı sakinin aldığı çörəkdən plastik əşya qırıntısı çıxıb.
Ərzaq məhsullarının içərisində cürbəcür əşyalar və ya həşəratların aşkarlanması hallarına tez-tez rast gəlinir. Xüsusilə də sosial şəbəkələr bu cür informasiyaların yayılmasında aktiv iştirak edir. Yetərincə ictimai qınaq olsa da belə hallar yenə də yaşanmaqdadır.
Bu dəfə də paytaxt sakinin aldığı çörək onu heyrətləndirib. Dükanlardan birindən alınan qara çörəyin içindən plastik əşya qırıntısı çıxıb.
Alıcının sözlərinə görə, çörəyin içindən bir yox, bir neçə ədəd belə yad cisim çıxıb.
Bunun nəticəsində alıcı dişini də sınıdırıb.