!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çörəyin qiyməti bahalaşır? – Bir aydan sonra bilinəcək ki...

!Reklam – Yazi

“Təxminən bir aydan sonra dəqiq bilinəcək ki, ölkədə çörəyin qiyməti artacaq, ya yox”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı Vahid Məhərrəmov deyib.

Mütəxəssis bu ilin ilk beş ayı ərzində ölkəyə idxal olunan unun 99,4% məhz Rusiyadan alınması məsələsi ilə yanaşı, yaxın aylarda unun, habelə çörəyin qiymətində artımın olub-olmayacağı məsələsinə toxunub.

Onun sözlərinə görə, bu gün dünyada buğdanın qiymətində ciddi fərqlər var:

“Məsələn, ABŞ-nin əmtəə birjalarında buğdanın qiyməti son bir ayda 20 faizə qədər ucuzlaşıb. Amma Rusiya və Ukraynada buğda istehsalının ciddi azalacağı gözlənilir. Rusiyada təxminən 10 faizə qədər buğda istehsalı azalacaqsa, Ukraynada da bu, 4 faiz təşkil edəcək. Bu ölkələr bu bizə yaxın olduğu üçün qiymət dəyişikliyinin bizə təsiri olacaq”.

“Azərbaycan buğdanı daha çox Rusiyadan idxal etdiyi üçün son bir həftədə Rusiyada buğdanın ixrac rüsumu 3,2 dəfə artıb. Bu isə ondan xəbər verir ki, hələlik bazarda qiymətlə bağlı mövqe oturuşmayıb. Lakin dünyada buğda istehsalı ciddi şəkildə artıb. Azalma isə Rusiya və Ukraynada baş verir. Qazaxıstanda isə ciddi artım var. Biz bilirik ki, unun qiyməti buğdanın qiymətindən asılıdır. Qarşıda duran 2 ərzində də dəqiq bilinəcək ki, buğdanın qiymətində artım olacaq, ya yox. Məhz o zaman unun qiyməti müəyyən ediləcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv