COVID-19 bəlasını dünyaya ilk çatdıran jurnalist həbs edildi / VİDEO

Koronavirus infeksiyası haqqında məlumatı ilk yayımlayan jurnalist cəzalandırılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, təqribən 1 il əvvəl Çinin Uxan şəhərində “naməlum pnevmoniya virusu”nun yayıldığı haqda canlı yayım edən 37 yaşlı jurnalist Çjanq Çjan repressiyaya məruz qalıb.

Məlumata görə, jurnalistin məhkəməsi Şanxayda keçirilib və o, ictimai asayişi pozmaqda, o cümlədən, problemli situasiya yaratmaqda təqsirləndirilib.

Jurnalist istintaq müddətində saxlanıldığı təcridxanada aclıq aksiyası keçirsə də, mədəsinə yeridilən boru vasitəsilə zorla qidalandırılıb.

Məhkəmədə təqsiri “sübuta yetirilən” Çjanq Çjan 4 il müddətinə azadlıqdan məhrum edilib.

Loading...