Təbiiliyi ilə öyünən Samirəyə Zümrüddən ATMACA: “Hansı qırışından danışırsan, üzündə...”

media-hightechnic-468x90

 

Müğənni Samirə Əli Məryəmin sözləri sosial şəbəkədə müzakirəyə səbəb olub.

Yenicag.az xəbər verir ki, sənətçi “Gün ortası” verilişində təbii xanım olduğunu və qırışlardan qorxmadığını deyib: “Üzümdəki o qırışlardan qorxmuram. Qırışlarımızı, saçımızdakı ağları da sevirik. O qırışların tarixi var və o qırışlar mənə xoşdur”.

Onun bu sözlərindən təəccüblənən aparıcı Zümrüd Bədəlova özünü saxlaya bilməyib:

“Siz hansı qırışlardan danışırsınız, üzündə qırış var? Üzündə bir dənə qırış yoxdu e…”

Onun açıqlaması sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidlə qarşılanıb. Yazılan rəylərdə onun səmimi olmadığını bildiriblər:

“Axı qırışlara müdaxilə etmisiniz, niyə yalan danışırsınız? Yaxşı etmisiz, amma düz danışmaq lazımdır… Səmimi olun ki, xalq sizə inansın… Niyə kosmetoloqa gedirsiz bəs? Elə bil botoksa gedən mənəm, bunlar yox…”

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa