COVID-19 əleyhinə peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 105 699 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 731 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 911 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 179 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 731 755 təşkil edir.