Prostat xərçəngi ilə bağlı MÜHÜM XƏBƏR: Alimlər yeni metod inkişaf etdirdilər

media-hightechnic-468x90

Elm adamları prostat xərçənginin sidikdə aşkar edilə biləcək yeni göstəricilərini tapıblar.

Yenicag.az xəbər verir ki, İsveçdəki Karolinska İnstitutunun alimləri SPON2, AMACR və TMEFF2 adlı molekulların prostat spesifik antigen (PSA) testindən daha dəqiq nəticə verdiyini müəyyən ediblər.

Araşdırma nəticələri “Cancer Research” jurnalında dərc olunub. Bildirilir ki, bu üsul invaziv deyil, ağrısızdır və ev şəraitində nümunə götürülərək laboratoriyada analiz edilə bilər.

Tədqiqatçılar həmçinin süni intellekt vasitəsilə 2 minə yaxın xəstə üzərində analiz apararaq tapıntılarını təsdiqləyiblər. Yeni metodun prostat xərçənginin daha erkən və dəqiq aşkarlanmasına imkan verəcəyi gözlənilir.

Alimlər yaxın gələcəkdə bu testin geniş əhali qruplarında yoxlanılaraq kliniki istifadəyə veriləcəyini ümid edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600