Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Çox seksualam” deyən aktrisa: “Kişilərə ehtiras lazımdır”- FOTOLAR

Xəzər Televiziyasında yayımlanan “Ata ocağı” serialında Nəcibə obrazını canlandıran gənc aktrisa Arzu Abdulova tədbirlərin birində fotokameramıza poz verib.

Cazibədar aktrisa Yenicag.az-ın suallarını cavablandırıb.

– “Ata ocağında” Nəcibə obrazına görə tənqidlərə tuş gəldin. Əvvəllər də seriallara çəkilmisən, həmin seriallardakı obrazın da tamaşaçılar tərəfindən belə sərt qarşılandı?

– İndiyədək “Həyat sən nə qəribəsən”, “Cehizsiz gəlinlər”, “Qardaşlar”, “Baldız” və digər seriallarda rol almışam. Çoxunda obrazım mənfidir, amma Nəcibə obrazı qədər təhqirlərə məruz qalmadım. Hamı yazırdı ki, niyə belə mənfi obrazlar yaradırsan?

– Sosial şəbəkədə daha çox nə yazırdılar?

– Söyürdülər. Təsəvvür edin, obraz qalıb qıraqda, şəxsiyyətimə toxunan təhqirlər, söyüşlər yazırdılar.

– Maraqlıdır, obrazlarınla oxşar xüsusiyyətin varmı?

– Qətiyyən.

– “Ata ocağı” serialında başqasının ailəsini dağıtmaq istəyirsən… Ümumiyyətlə, ailəlisən?

– Şəxsi həyatım barədə danışmağı sevmirəm. Deyə bilərəm ki, 11 yaşında oğlum var.

– Ayrılmısınız demək?

– Bəli.

– Serialda yoldan çıxarmaq istədiyin Rəşid kimi kişilərə münasibətin necədir?

– Elə kişiləri zəif hesab edirəm. Qadın olsam da çox güclüyəm. Elə insanlara bədbəxt kimi baxıram və yazığım gəlir.

– Bəs özünü ailəsini dağıtmaq istədiyin kişinin xanımının yerinə qoyanda hansı hissləri keçirirsən?

– Əgər həyat yoldaşım yanımda xoşbəxt deyilsə, onu sərbəst buraxaram. Elə buraxmışam da. Sevən insan xəyanət etmir. Əgər xəyanət edibsə, demək ki, heç xanımını sevməyib.

– Serialda sevgiyə əyləncə kimi baxırsan, bəs həyatda?

– İlk baxışdan sevgiyə inanmıram. Bəziləri istisna olmaqla, əksər kişi sevgiyə layiq deyil. Kişilər var ki, həqiqətən qəlbən sevirlər. Amma indiki zamanda kişilərə sevgi yox, ehtiras, əyləncə lazımdır.

– Səncə, gözəlliklə kişini əldə saxlamaq mümkündür?

– İlk baxışda kimdir çirkin qadına baxan? Kişiyə anlayış lazımdır, onun bir sözünü iki etməməlisən. Ona sakitlik vermək lazımdır. Yavaş-yavaş onu ram etməlisən. Bunu etsən, kişi yanından heç yana qaçmayacaq.Qadın nə qədər eybəcər olsa da əlindən verməyəcək.

– Bəs nə yaxşı özün əlindən verdin?

– Demək ki, onu yanımda istəmədim.

– Özünü gözəl qadın sayırsan?

– Özümü kifayət qədər seksual qadın sayıram.

– Səncə, sənə gözəllik verən nədir?

– Gözlərimi çox sevirəm. Gözlərim çoxlarını yoldan edib.

Cəvahir

Foto:Cəmalə

Loading...

www.yenicag.az

11761
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100