!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınların qurultayında qabaran KİŞİ “PANORAMI”: “Bəzi məsələlərdə kişilərin irəli durmaları...” – Novella Cəfəroğlu

!Reklam – Yazi

“Qadınlar üçün belə tədbirlərin təşkili təqdirəlayiq addımdır və onların sayı daha da artırılmalıdır”.

Bu fikirləri ötən gün baş tutan Azərbaycan Qadınlarının VI Qurultayında kişilərin daha ön planda olmasına dair iradlara münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud problemlərin həlli üçün qadın və kişilərin birgə səy göstərmələri vacibdir:

“Qadınların qurultayında kişilərin də iştirak etməsi normal haldır. Ümumiyyətlə, qadın təşkilatlarında kişilərin fəaliyyət göstərmələri də çox normal və faydalıdır. Ancaq kişilərin belə tədbirlərdə, ya da sırf qadın məsələlərində ön planda olmalarına ehtiyac yoxdur.

Lakin bu kontekstdə kişilərin irəli durmaları vacib olan hallar var. Məsələn, qadın zorakılığına qarşı xanımlardan öncə kişilərin “dur” deməsi, addımlar atması daha effektlidir. Əlbəttə, mövcud problemlərin həlli üçün qadın və kişilərin birgə səy göstərmələri vacibdir. Məncə, qadınlarla əlaqəli maraqlı bir sual hər kəsin ağlında dolaşır. Məsələn, niyə qadın icra başçısı yoxdur? Bu kimi məsələləri kişilərin qabartmağı daha düzgündür.

Qadınlar üçün belə tədbirlərin təşkili təqdirəlayiq addımdır və onların sayı daha da artırılmalıdır. Qurultayda bir sıra dövlətlərdən qonaqlar da iştirak edirdi. Tədbir iştirakçılarının əsas məqsədlərindən biri də kişilərin tutduğu yüksək vəzifələri qadınların da icra edə biləcəyini nümayiş etdirmək idi”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv