“Əvvəllər kişilər öz arvadlarını kiminləsə tutsaydılar, bu, böyük şərəfsizlik sayılırdı”.
Bu fikirləri tanınmış aparıcı Günay Firudinqızı Yenicag.az-a açıqlamasında deyib.
O, son vaxtlar mənəvi dəyərlərin aşındığını təəssüf hissi ilə bildirib və bəzi əks-cinsin nümayəndələri ilə bağlı sərt fikirlər səsləndirib:
“Nə qədər ki cəmiyyətimizdə maddiyyat mənəviyyatdan üstün gələcək, mənəvi keyfiyyətlər də bir o qədər aşağı düşəcək. Təbii ki, hamıya şamil olunmur, əvvəllər kişilər öz arvadlarını kiminləsə tutsaydılar, bu, böyük şərəfsizlik sayılırdı. Onda bu hadisə hətta ölümlə nəticələnirdi. Həmin kişi buna görə başına papaq qoymazdı ki, gör hansı səbəbdən ailəsi dağılır. İndi elə kişilər papağı başına daha da bərk-bərk qoyub çıxır cəmiyyət arasına. Belə hadisə ilə qarşılaşanda heç utanıb eləmirlər də… Biabırçılıq bundadır ki, həmin kişilər özünə ar bilmədən bunu dərhal çəkib “TikTok” və digər sosial şəbəkələrdə yayırlar. Hətta bunu sanki özlərinə fəxr də bilirlər: “Baxın belə bir hadisə oldu və boşandım. Bu da mənəviyyatın aşınmasından xəbər verir”.
Cəvahir
www.yenicag.az