!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çox su içmək hansı fəsadlara səbəb olur? - Mütəxəssisdən TÖVSİYƏ

!Reklam – Yazi

 

Yay aylarında havalar daha isti keçdiyindən insanların adi suya olan təlabatı da bir o qədər artır.
Belə ki, bir çox mütəxəssis suyun digər fəsillərlə müqayisədə daha çox qəbul olunmasını tövsiyə edirlər. Bəs yay fəslində su qəbulu necə olmalıdır? Çox su içmək hansı fəsadlara gətirib çıxara bilər?

Mövzu ilə bağlı Yenicag.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov deyib ki, yay aylarında su istehlakı orqanizmin ehtiyaclarına uyğun olaraq balanslaşdırılmış şəkildə planlaşdırılmalıdır:

“İsti hava tərləmə ilə orqanizmdə su itkisinə səbəb olur ki, bu da susuzluq yaradır. Ona görə də yay aylarında həmişəkindən daha çox su içmək vacibdir. Bu, insanın həyat tərzindən, fiziki fəaliyyətindən, cinsindən, yaşından və ətraf mühit şəraitindən asılı olaraq dəyişir. Ümumiyyətlə, mütəxəssislər böyük bir insanın gündə 2-3 litr su içməsini tövsiyə edir. Su içmənin xüsusi bir saatları olmasa da, burada bəzi məqamlara diqqət etmək lazımdır. Axşam saatlarında, gecə yatmadan öncə su qəbul etmək tövsiyə olunmur. Çünki bu gecə yuxusuna da müəyyən təsir göstərir. Əsas məqam odur ki, bədən çəkisində hər kiloya 30 qram su içilməlidir. Məsələn, çəkinizin 70 kiloqram olmasını nəzərə alsaq, siz 2 litr su qəbul etməlisiz. Suyun yeməkdən bir saat əvvəl və sonra qəbul edilməsi daha məqsədəuyğundur. Həddindən artıq su istehlak etmək hiponatremi kimi sağlamlıq problemləri yaradır, bədəndə elektrolit balansını pozur və potensial təhlükəli ağırlaşmalara səbəb olur. İdeal olaraq, bədən susuzluq hiss etmədən əvvəl su içmək lazımdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv