Cüdoçular aksiya keçirdilər-Foto

media-hightechnic-468x90

84868Bakıda cüdo üzrə yığma komandamızın üzvləri aksiya keçirirlər.

Yenicag.az anspress-ə istinadən bildirir ki, cüdoçularımız məvaciblərinin artıq üç aydır ki, verilmədiyini bildirirlər. Onlar Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edir.

Artıq Azərbaycan Gənclər və İdman Nazirliyi məsələyə münasibətini bildirib. Qurumun mətbuat katibi Səmayə Məmmədova ANS PRESS-ə bildirib ki, Federasiya idmançılarla görüşərək onların tələblərini dinləyəcək.

Elmar Qasımov onların federasiya ilə bağlı problemlərinin olduğunu bildirib. “Bir neçə dəfə federasiya rəhbərliyi ilə görüşlər keçirmişik. Bizə söz verirlər ki, hər şey həll olunacaq. Ancaq ortada bir nəticə yoxdu. Nə təlim məşqlərinə göndərirlər, nə maaşlarımızı verirlər. qidalanmamız yaxşı deyil. Biz təlim məşqlərini artıq öz hesabımıza getməyi fikirləşirik”, – deyə Elmar Qasımov bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600