Cüdoçularımız turnirin ilk günündə dörd medal qazandılar

media-hightechnic-468x90

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri davam edir.

Yenicag.az xəbər verir ki, yarışın birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Yarışın ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (66 kq) qızıl medal, Kamran Süleymanov bürünc medal əldə ediblər.

Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz – İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İ.Əliyev qızıl medal qazanıb. Digər cüdoçumuz bürünc medalla kifayətlənib.

Avropa kuboku turnirinə bu gün yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600