Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunur

media-hightechnic-468x90

Gürcüstanı pandemiyaya görə tərk edə bilməyən 150-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi başlayıb.

Yenicag.az xəbər verir ki, vətəndaşlarla yanaşı təxminən 100 nəfər soydaşımız da Azərbaycana çatdırılacaq.

Onların arasında 8 Rusiya və 1 Türkiyə vətəndaşı da var.

Təxliyə olunan şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Hazırda onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı veriləndən sonra təxliyə olunanlar səfirliyin təşkilatçılığı ilə saat 10:00-da 4 avtobusla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600