Daha 4403 nəfər COVID-19-a yoluxdu, 42 nəfər vəfat etdi - STATİSTİKA

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4403 yeni yoluxma faktı qeydə alınıb, 2919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 884 578 test aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600