Daha bir dövlət qurumu əhaliyə xəbərdarlıq etdi

media-hightechnic-468x90

Dekabrın 23-də günün ikinci yarısından ölkə ərazisində dəyişən hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı olmaq, yüngül konstruksiyalı müvəqqəti tikililərdən uzaq durmaq, reklam lövhələri və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, güclü küləklə müşayiət olunan yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.

G.Məmmədova xatırladıb ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 23-də günün ikinci yarısından hava şəraiti dəyişib, bəzi yerlərdə güclü qərb küləyi əsib.

“Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, əksər rayonlarda isə 25 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında isə 24 m/s-yə çatıb. Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb, dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub”, – Proqnozlar bürosunun direktoru əlavə edib.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun xəbərdarlığına əsasən, dekabrın 24-ü axşamdan 25-i səhərədək qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 25-i gündüz isə cənub küləyi arabir 15-18 m/s olacaq.

Dekabrın 25-də gecə və səhər bəzi yerlərində arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısamüddətə sulu qarla qarışıq yağma ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur) yağıntıların intensiv olacağı ehtimalı var.

Qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05