Daha bir icra hakimiyyəti “1 manatlıq” şirkətə milyonluq tenderlər verir

media-hightechnic-468x90
Astara Rayon İcra Hakimiyyəti Astara rayonu ərazisində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Yenicag.az MediaPost-a istinadən xəbər verir ki, tenderin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub. Qalib şirkətə 118 min 200,6 manat ödənilib.

 

2019-cu ilin sonlarında isə Astara Rayon İcra Hakimiyyətinin 36 mənzilli yaşayış binasının tikintisi və Astara rayonunda yolların əsaslı təmiri üzrə elan etdiyi tenderlərinin qalibi eyni şirkət olub və tenderlər üzrə “Elnur-2” şirkətinə 2 mln. 292 min 189,6 manat ödəniş edib.
Qeyd edək ki, “Elnur-2” Universal İstehsalat Kommersiya şirkətinin nizamnamə kapitalı 1,6 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.
Xatırladaq ki, sözügedən şirkət Lerik Rayon İcra Hakimiyyətinin də müxtəlif tenderlərinin qalibi olub.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600