!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir jurnalistin evində axtarış aparıldı – VİDEO

!Reklam – Yazi

235813Sentyabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Azadlıq Radiosu” ilə əməkdaşlıq edən jurnalist İslam Şıxəliyevin kirayə qaldığı mənzildə axtarış aparıblar.

Təqdim olunan məhkəmə qərarında axtarışın külli miqdarda maliyyə vəsaiti əldəetmə və vergidən yayınma ittihamları ilə bağlı olduğu göstərilib.

Axtarışın gedişində mənzildə olan texniki avadanlıq – kompüter, kamera, mikrofon, mobil telefon, eləcə də bank çekləri və başqa sənədlər götürülüb. İslam Şıxəliyevə aid şəxsiyyət vəsiqəsi, hərbi bilet və s. götürülsə də, xarici pasportu çıxmaqla, ona məxsus şəxsi sənədlərin hamısı qaytarılıb.

Axtarış aparılan zaman mənzildə İslam Şıxəliyevin özü yox, dostu Orxan Rüstəmzadə olub.

Axtarışdan sonra Orxan Rüstəmzadə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Ona harada işləməsi, necə pul qazanması və s. bənzər suallar verilib. Orxan Rüstəmzadədən “Meydan TV” və Mingəçevir olayları, eləcə də İslam Şixəliyev haqqında maraqlanıblar. Ona sentyabrın 28-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağrıldığını İslam Şıxəliyevə bildirməyi söyləyiblər.

Baş Prokurorğulun Ağır Cinayətlərə Dair Işlər üzrə İstintaq İdarəsi ötən il dekabrın 26-da “Azadlıq Radiosu”nun Bakı Bürosunda axtarış apararaq, ofisi möhürləmiş və daha sonra radionun əməkdaşları həmin idarədə dindirilmişdi. Baş Prokurorluq Bakı Bürosunda aparılan axtarışın Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq Idarəsində soruşdurulan cinayət işi ilə bağlı olduğunu açıqlamışdı. Bildirilmişdi ki, istintaqa “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumat daxil olub(qaynar.info)

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv