Daha bir mikroavtobus qəzası

media-hightechnic-468x90
 6383535311c702c8c0e16871e4d9ad52Bakıda 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Sürücü Elnur Məmədov idarə etdiyi “Ford” markalı mikroavtobusla üzü Lökbatan istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək maşını yolun təmir olunan hissəsinə qoyulan beton piltələrə çırpıb.

Qəza nəticəsində Çeçenistan vətəndaşı, 57 yaşlı Açmazova Kurcan  aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Sürücü Elnur Məmmədov və maşında olan daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər Klinik xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə Dövlət  Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Araşdırmalar nəticəsində məlum olub ki, ölən və yaralanan sərnişinlər Çeçenistan Respublikasının vətəndaşlarıdır. Onlar Bakıya “Sədərək” ticarət mərkəzinə alış-veriş üçün  gəliblərmiş. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600