Daha bir nazir istefaya göndərildi

media-hightechnic-468x90

img1848013Ukrayna Ali Radası daha bir naziri – ekologiya naziri İqor Şevçenkonu istefaya göndərib.

Yenicag.az avropa.info xəbər verir ki, Şevçenko Yuliya Timoşenkonun “Batkivşina” partiyasının kvotası əsasında seçilmişdi. Xatırladaq ki, 30 iyunda nazirin fəaliyyətinin dayandırılması barədə Ali Radaya qanun layihəsi daxil olmuşdu.

Şevçenkonun işdən çıxarılma səbəbi kimi 12 iyunda Kiyev yaxınlığındakı neft anbarının yanması zamanı diqqətsizlik göstərməsi əsas gətirilir. İddiaya görə, o, yanğının qarşısını almaq əvəzinə istirahət üçün Nitsaya uçmağa hazırlaşırmış.

Başqa iddiaya görə, nazirin istefasının səbəbi baş nazir Yasenyuku korrupsiyada ittiham etməsi olub. Vəzifədə olarkən Yatsenyuk hökumətini korrupsiyada ittiham edən video müraciət yaymışdı. Müraciətdə deyilirdi:

“Mən səmimi şəkildə korrupsiya ilə mübarizəyə başladım və Yanukoviç “ailəsi” tərəfindən oğurlanmış 22 neft-qaz yatağını dövlətə qaytardım. Lakin etdiklərim hakimiyyətdə olan adamların mövqeyinə zidd idi. Hansı ki, bu adamlar Ukrayna klanları və onların maraqları ilə sıx bağlıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600