Daha bir ölkə maska ilə vidalaşır: Türkiyədə də bu tələb ləğv edilir

media-hightechnic-468x90

Türkiyədə koronavirus tədbirləri çərçivəsində qoyulan qapalı yerlərdə maska taxma tələbi ləğv edilə bilər.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Fəxrəddin Qocanın rəhbərliyilə bu gün toplanacaq Koronavirus Elmi Şurasında qərar verilməsi gözlənilir.

Media və ekspertlərin fikrincə, koronavirusa yoluxma sayında yaşanan azalma fonunda Qocanın bugünkü toplantını “kritik” adlandırması qapalı məkanlarda maska tələbinin ləğv ediləcəyinə işarədir.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma sayı son həftələrdə 5 mindən aşağı enib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600