Krımda Köktebel yaxınlarında özəl bir təyyarə qəzaya uğrayıb. Yenicag.az xəbər verir ki, qəza sonucunda dörd nəfər həlak olub.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Krım Şöbəsindən verilən məlumata görə, hazırda hadisə yerində təhqiqat davam edir.
Krımın baş prokuroru Nataliya Poklonskaya hadisə ilə bağlı “Əldə edilən ilk məlumata görə, təyyarənin rəsmi uçuş izni olmayıb. Bu tip təyyarələrdən turistik səfərlər üçün istifadə edilir” söyləyib.
www.yenicag.az