“Daha savadlı cəmiyyət olsa idi, …”
“Daha savadlı cəmiyyət olsa idi, Türkiyədə seçkilərin nəticəsi fərqli olardı”.
Bunu açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, Türkiyədə seçkilərin nəticəsi gözlənilən idi: “Başlıca səbəb Türkiyə cəmiyyətinin hələ də maariflənmə səviyyəsinin aşağı olmasıdır.
Görünür, hələ də toplum proseslərə mahiyyət etibarı ilə savadsız şəkildə yanaşır.Ən azından seçki öncəsi yaşanan gərginliklərin fonunda, ortaya çıxan bu qədər problemlərin içində hakim partiya qazanırsa, bu onlara olan inamın göstəricisi yox, toplumun səviyyə göstəricisidir. Bu, Türkiyə üçün ciddi problemdir”.
Partiya sədri bildirib ki, ənənəvi olaraq, İzmirdə CHP-nin, Ankara və İstabnbulda AKP-nin qalib gəlməsi təəssüf doğurdu: “Ona görə yox ki, AKP qazandı. Mənim üçün favorit yox idi. Mən toplumun səviyyəsindən dolayı çox narahat oldum. Demokratiyanın yaşam tərzinə çevrildiyi böyük ölkələrin əksəriyyətində məlum hadisələrdən sonra heç bir iqtidar qazana bilməzdi. Bu vəziyyətdə iqtidar qazanırsa, bu artıq maarifsizliyin nəticəsidir”(aktual.az).