NATO sammiti fonunda kritik gərginlik: ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilərmi?

media-hightechnic-468x90

“ABŞ və İran arasında payızda böyük müharibə davam edəcək.”

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-1772801276_dsmbdq51bd2uprwn7sbpqirhkzeohyo0

Politoloq ABŞ və İran arasında müharibənin bitmədiyini açıqlayıb:

“ABŞ və İran arasında gərginlik bitməyib, bitənə də oxşamır. Tərəflər arasında müəyyən sazişlərdən bəhs olundu, İranın dondurulmuş bank hesabındakı valyutasının buraxılacağı qeyd olundu və s. Reallıq ondadır ki, tərəflər ortaq məxrəcə gələ bilmir. Belə olan təqdirdə isə hansısa sülhdən danışmaq üçün tezdir. NATO sammiti gedən ərəfədə belə bir insidentin baş verməsi çox riskli və təhlükəli addımdır. Tərəflər arasında böyük ehtimal qarşıdakı aylar ərzində daha sərt və şiddətli döyüşlər olacağını deyə bilərəm. ABŞ İranın ritorikası ilə barışmır və tərəflərin uzlaşmaz mövqeyi prosesi dalana dirəyib. Prosesin uzanmasında maraqlı olan qüvvələr də var ki, ən birincisi Çindir. Rəsmi Pekin tərəflərin davamlı gərginlik içində olması, Amerikanın resurs tükədəcəyi müharibə aparmasını hamıdan daha çox istəyir. Bu, Pekinin mövqeyini həm gücləndirir, həm də supergüc ölkə adını daha çox almış olur.”

T. Rzayev tərəflər arasında müharibənin ən geniş fazasının davam edəcəyi tarixi də açıqlayıb:

“Hesab edirəm ki, hələlik proses bu məcrada davam edəcək və payız aylarında havaların sərin olacağını nəzərə alsaq, tərəflərin daha sərt döyüşlərə keçəcəyini deyə bilərik. Total müharibə ehtimalı azdır. Amerika müttəfiqləri ilə də məsələləri həll etməlidir. Hazırda NATO sammiti gedir və sammit çərçivəsində müttəfiqlərlə gələcəkdə hansı formada hərəkət ediləcəyi məsələləri həll edilməlidir. Amerikanın İrana qarşı hücumundakı qeyri-müəyyənlik aradan qalxmalıdır. Vaşinqton bunları həll edə bilsə, İrana qarşı daha ciddi əməliyyatlar baş tuta bilər. Əgər bu olmasa, İranla məsələnin həlli çətin görünür. Hazırda hər məsələ həll edilsə belə, zənginləşdirilmiş uranın üçüncü ölkəyə verilməsi və Hörmüz boğazının ödənişli keçid məsələsinin yaxın vaxtlarda həll edilməsi çətin görünür. Ona görə də proses böyük ehtimalla üstü açıq qalacaq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05