DANİB etiraz bəyanatı yaydı

media-hightechnic-468x90

11737001_10153192237623645_1607246628_nYenicag.az-ın məlumatına görə, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) Dağlıq Qarabağdakı cinayətkar rejimin rəhbəri Bako Saakyanın”Chatham House” – Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Böyük Britaniyaya dəvət olunması ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir:

XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ilə ilkin diplomatik münasibətlər quran dövlətlərdən biri də Böyük Britaniyadır. Ölkəmizlə çoxsaylı iqtisadi layihələrdə yaxından əməkdaşlıq edən Böyük Britaniya şirkətləri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” çərçivəsində də önəmli ölçüdə paya sahibdir.

Azərbaycan torpaqlarının 20%-nin işğal edən Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhün və təhlükəsizliyin pozucusu kimi nəhayət bütün sivil dünya ölkələri tərəfindən qınanması vacibdir. Biz bu münasibəti xüsusi ilə Avropada və dünyada insan haqlarının qorunmasında “müvəkkil” kimi çıxış edən dövlətlərən gözləyirik. Təəssüflər olsun ki, dünyada mövcud olan “ikili standartlar” siyasətinə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin timsalında 20 ildən artıqdır ki, şahidlik etməkdəyik. Bu günlərdə B.Britaniya paytaxtında yerləşən”Chatham House” tərəfindən Ermənistanınişğal altında saxladığı Dağlıq Qarabağda yaratdığı qondarma rejiminin rəhbəri Bako Saakyanın Londona dəvət alması, ona olmayan “dövlət” haqqında yalan məlumatlarla auditoriyanı aldatmaq fürsətinin yaradılması Azərbaycan-Böyük Britaniya münasibətlərinin əməkdaşlıq ruhuna zərbədir. Yüz minlərlə Azərbaycan vətəndaşının doğma yurd yerlərindən məcburi köçkün salınması, on minlərlə dinc insanın qətlə yetirilməsi və yaralanması, minlərlə mədəni-tarixi abidənin dağıdılmasıyla müşaət olunan Ermənistanın işğalçılıq siyasətinin bu şəkildə ilhamlandırılmasını gənclər təşkilatı olaraq yalnız ölkəmizə qarşı deyil dünyanın təhlükəsizlik sisteminin zədələnməsi istiqamətində atılmış səhf addım kimi dəyərləndiririk. Bako Saakyan və Qarabağdakı qondarma rejimin digər nümayəndələri Azərbaycan vətəndaşı olan yüzlərlə, minlərlə dinc insanın qətlə yetirilməsində bilavasitə iştirak edən əli qanlı cinayətkarlardır. Əgər belə şəxslərin Avropa şəhərlərinə səfərinin təşkili söz, fikir azadlığının təcəssümüdürsə onda Böyük Britaniya hökuməti analoji münaqişə ocaqlarındakı separatçı qurumların –  “Abxaziya”, “Donetsk Xalq Respublikası”, “Cənubi Osetiya”nın liderlərinində “Chatham House”a dəvət ediləcəyi tarixi açıqlayardı.Əlbətdəki, bu heç də inandırıcı görünmür.

Multikultral dəyərlərin dünyada fəal təbliğatçısı qismində çıxış edən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Böyük Britaniyanın şərik çıxdığı beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu bəyan edir və qətiyyətlə pisləyirik.

Böyük Britaniya hökumətini 20 ildən artıqdır nəticəsiz davam edən sülh danışıqlarında irəliləyişin olması üçün BMT-nin erməni silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamənin icrasının təmini məqsədi ilə Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə çağırırıq. Unudulmamalıdır ki, atılan hər belə ədalətsiz addım beynəlxalq münasibətlər sisteminə inamı sarsıtmağa xidmət edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600