Danimarka və ABŞ Qrenlandiya ilə bağlı işçi qrupu yaradacaq

media-hightechnic-468x90

Danimarka və ABŞ Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etmək üçün yüksək səviyyəli işçi qrupu yaradacaqlar.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib.

“Biz hesab edirik ki, bu qrup Danimarka Krallığının “qırmızı xətləri”nə hörmət etməklə yanaşı, ABŞ-nin təhlükəsizlik problemlərinin həlli yollarının tapılmasına diqqət yetirməlidir. Gözləyirik ki, qrup ilk iclasını bir neçə həftə ərzində keçirəcək”, – deyə o bildirib.

Eyni zamanda, nazir qeyd edib ki, Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünün pozulması tamamilə qəbuledilməz olardı:

“Lakin biz ABŞ-ni Qrenlandiyaya sahib olmaq istəyindən əl çəkməyə inandıra bilmədik. Ada hazırda və yaxın gələcəkdə Danimarka Krallığının tərkibində qalacaq”.

Rasmussen həmçinin ABŞ-nin Qrenlandiya yaxınlığında Çin Xalq Respublikasının (ÇXR) hərbi mövcudluğu ilə bağlı iddialarını təkzib edərək dənizdə belə bir halın 10 il əvvəl müşahidə olunduğunu bildirib. O qeyd edib ki, Danimarka və Qrenlandiya ABŞ-nin adanın təhlükəsizliyi ilə bağlı istənilən sorğusuna konstruktiv şəkildə baxmağa hazırdır.

“1951-ci il müdafiə müqaviləsinə əsasən, ABŞ-nin artıq Qrenlandiyaya geniş hərbi çıxışı var və onlar hər zaman adadakı mövcudluğunu artırmaq üçün müraciət edə bilərlər. Bu səbəbdən ABŞ-nin hər hansı əlavə sorğusunun olub-olmadığını eşitmək istərdik. Bu baxımdan, biz hər hansı belə bir sorğuya konstruktiv şəkildə baxacağıq”, – deyə o bildirib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05