!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkəsəndə BƏDBƏXT HADİSƏ - 35 yaşlı kişi dərəyə düşüb öldü

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Daşkəsən rayonu, Zəylik kəndi yaxınlığında 1 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Ağayev Elnur Abdulla oğlu çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan təqribən 200-220 m hündürlükdən dərəyə düşüb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Elnur Ağayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv