!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşkəsəndə dam fəlakəti böyük korrupsiyanı ortaya çıxardı – Fotolar

!Reklam – Yazi

20160121-111344linkDaşkəsəndə dam örtüyü fəlakəti rayon rəhbərliyinin korrupsiyasını növbəti dəfə faş etdi.

Yanvarın 19-da rayonun çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə ziyan dəyməsi görülən işlərin hansı səviyyədə olduğunu nümayiş etdirdi.

İcra başçısı Əhəd Abıyevin tələm-tələsik şəhərin S.Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli 16 nömrəli yaşayış binasına baş çəkməsi də onun əməllərini ört-basdır edə bilmədi. Belə ki, icra başçısının dam örtüyü ilə bağlı korrupsiyayayol verməsi haqda daha əvvəl yazılanlar əyani şəkildə təsdiqləndi.

Məlumata görə, icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”.

Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”.

Bu barədə pia.az da yazmışdı. Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib.

Bildirilir ki, 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun «Vüsel» şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib.

Daxil olan məlumata əsasən ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə «Vüsel» şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb.

Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalan vəsait isə Tahir Hüseynov, Əhəd Abıyevin müavini Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.

Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

tia.az

COP29

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv