Daşkəsəndə ölümlə nəticələnən yol qəzası baş verib

media-hightechnic-468x90

Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Quşçu kəndi ərazisində “Qazel” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa