Daşkəsəndə silsilə oğurluqlar edənlər saxlanılıblar

media-hightechnic-468x90

Daşkəsən rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər tutulublar.

Yenicag.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən R.Hacıyev, E.Səmədov, Ə.Süleymanov və N.Verdiyev saxlanılıblar.

Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub.

Bundan başqa digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M. Musayev də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə marixuana aşkarlanıb.

Araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa