Daşqınlarda 35 nəfər öldü

media-hightechnic-468x90

1330133_iMozambikdə tüğyan edən daşqınlar azı 35 nəfərin həyatına son qoyub, 20 minədək sakin təbii fəlakət zonasını tərk etməyə məcbur olub.

Yenicag hafta.az-a istinadən bildirir ki, ölənlərdən 17 nəfəri Zambeziya əyalətində, 18 nəfər isə ölkənin şimal rayonlarında qeydə alınıb.

Daşqınların baş verdiyi rayonlarla əlaqənin pozulması səbəbindən təbii fəlakət qurbanlarının sayının artacağı istisna olunmur.

Yanvarın 11-dən ölkədə fövqəladə vəziyyət elan olunub. Daşqınlar, ümumilikdə, 400 minədək sakinə ziyan vurub. Yolların yararsız vəziyyətə düşməsi səbəbindən xilasedicilər lazımi əşyaları və ərzaq mallarını əhaliyə helikopterlər vasitəsilə çatdırmağa çalışır.

Qonşu Malavidə daşqınlar nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb, 23 min sakin evsiz qalıb.

Sinoptiklər leysan yağışların hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600