“Davam” Səhiyyə Klubunun təşəbbüsü, “Davam” Gənclər Hərəkatı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Leykemiya ilə mübarizə ayı” adlı layihəyə start verilib.
Layihə çərçivəsində Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında “Leykemiya günümüzdə” adlı açılış konfransı baş tutub. Konfransda Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru, tibb elmləri doktoru, professor Surxay Musayev, Klinikanın hematologiya şöbəsinin müdiri Şəhla Şabanova, Davamlı İnkişaf Xidmətinin direktoru Aygün Hüseynova, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, leykemiyadan əziyyət çəkən uşaqlar və universitetin tələbələri iştirak edib.
Konfransda “Leykemiya ilə mübarizə ayı” çərçivəsində görüləcək işlər barədə söhbət aparılıb, layihənin əhəmiyyəti vurğulanıb, belə maarifləndirici xarakterli tədbirlərin davamlı keçiriləcəyi bildirilib.
www.yenicag.az