!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daxili Qoşunların İslamiadaya hazırlığı yoxlanılıb - Fotolar

!Reklam – Yazi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığına əsasən, bu gün DİN Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində sıra baxışı keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun iştirakı ilə keçirilən tədbirdə IV İslam Həmrəyliyi Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş hərbi qulluqçuların hazırlığının, geyim təminatının, xüsusi avadanlıq, eləcə də nəqliyyat vasitələri ilə təchizatının vəziyyəti yoxlanılıb.

Ş.Məmmədov Azərbaycanın ev sahibliyi edəcəyi yarışları ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi, əldə etdiyi nailiyyətlərin tərkib hissəsi kimi dəyərləndirərək, İslamiadanın müsəlman xalqları və dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Qeyd edilib ki, idmanın 21 növü üzrə keçiriləcək Oyunlar ərəfəsi və yarışlar zamanı digər güc strukturları ilə yanaşı, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb ediləcək Qoşunların hazırlığı və bütün növ təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqlar tam yerinə yetirilib.

Hərbi hissə komandiri yarışların keçiriləcəyi bütün ərazilərə, obyektlərə baxış keçirilməsi, müvafiq tədbirlərin görülməsi barədə məlumat verib. O da bildirilib ki, həmin ərazilərə xüsusi icazəsi olmayan şəxslərin buraxılmasının və avtomaşınların daxil olmasının, eyni zamanda baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcək. Xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə rəhbərliyi xidmətaparma yerləri ilə əyani tanış olub, həvalə olunmuş obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib. Hazırlıq mərhələsində buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.


Daha sonra xüsusi təyinatlı bölmələrin, perimetr boyu və styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların təchizatına da baxış keçirilib.

Şəxsi heyətin hazırlığını yüksək qiymətləndirən Ş.Məmmədov xidmətin aparılmasına cəlb olunan digər hüquq-mühafizə orqanları ilə Qoşunların birgə fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində konkret tapşırıqlarını verib, şəxsi heyətə çətin və məsuliyyətli işdə uğurlar arzulayaraq, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Yeniçağ.az

www.yenicag.az

1424
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv