!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəbdəbəli toylar ləğv olunsun! – TƏKLİF

!Reklam – Yazi

toynlar legv olunsun“Deputatlar, icra başçıları insanlara nümunə olmalıdır”

Şadlıq evlərində qiymətlərin bahalaşmasından sonra toy mərasimlərinin təşkili cəmiyyətin aktual müzakirə mövzusuna çevilib.

10 minlərlə pulun xərcləndiyi dəbdəbəli mərasimlər, toydan sonra yaranan acınacaqlı vəziyyət insanları ailə həyatı qurarkən ciddi düşünməyə vadar edir. Bir çoxları “qonşudan geri qalma” prinsipini əldə rəhbər tutsa da, xoşbəxtliyin toyda olmadığını düşünənlər də var.

Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı dəbdəbəli toy şənliklərinin ləğv olunması təklif olunur.

Milli Məclisin deputatı Musa Quliyev dəbdəbəli toyların yığışdırılması təklifini dəstəkləyir.

Deputat AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət tərəfindən toyların təşkili tənzimlənməlidir.

Onun sözlərinə görə, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə DövlətKomitəsi bu işdə çox ciddi mövqe ortaya qoymalıdır.

M.Quluyev hesab edir ki, millət vəkilləri, adlı-sanlı ziyalılar, nazirlər, icra başçıları sadə toy mərasimləri keçirməklə sadə insanlara nümunə olmalıdırlar: “Tanınmış insanlar cəmiyyət nümunə olmalıdırlar. Onlar bunu etməyənə kimi, insanlardan tələb etmək olmaz ki, sadə toy mərasimi keçirin, israfçılığa yol verməyin. İnsanlar dəbdəbəli toyla xoşbəxt olmurlar. Mətbuat, televiziyalar da israfçılığın qarşısının alınmasına görə təbliğatı gücləndirməlidirlər”.

Tanınmış şair Aqşin Yenisey hesab edir ki, Azərbaycan insanının özülüyündə yaratdığı “xoşbəxtlik” onun rahat yaşamasında əngəl olur.

Şairin fikrincə, xalqın şüurunun məişət səviyyəsində ilişib qalmasının nəticəsidir ki, insanların mənəvi müvazinəti çox kövrəkdir, bahalaşma, sadəcə, bu kövrəkliyi bir az da şiddətləndirib: “Adət-ənənələr məhz bu cür kritik dövrlərdə öz nüfuzunu itirir. Məsələn, feodalizm dövründə ən kasıb azərbaycanlının da toyu iki-üç gün çəkirdi. Amma ondan sonrakı kollektivləşmə insanların başını əməyə qarışdırdı, toy həngaməsi bir günlə kifayətləndi. İndi isə bizim ailə xoşbəxtliyi dediyimiz 3-4 saatlıq atılıb-düşmək, sadəcə, günəmuzd biznesin bir növüdür. İnanmıram ki, bahalaşma toy biznesinə ciddi təsir edəcək. Sadəcə, qır-qızılın azlığına görə depressiyaya düşüb özünü öldürən gəlinlərin, şadlıq sarayının hesabını bağlamaq üçün borca girib özünü dənizə atan bəylərin sayı çoxalacaq. Bu cür ucuz ölümlərin qarşısını almaq, xalqı ayıltmaq üçün manatın yox, milli şüurun, milli düşüncənin məzənnəsini qaldırmaq lazımdır”-deyə Aqşin Yenisey bildirib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da toy mərasimlərində israfçılığın əleyhinədir.

Millət vəkilinin sözlərinə görə, toy mərasimləri ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir.

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv