Dəfn xərclərinin verilməsi QAYDALARI

media-hightechnic-468x90

Dövlət Sosial Müdafiə Fondu dünyasını dəyişən Azərbaycan vətəndaşlarına hansı hallarda dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb.

Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda dəfn xərcləri sığorta olunan və pensiya hüququ olan şəxslərə şamil edilir:

“Qanunvericiliyə görə, əmək pensiyası alan və sosial sığortası olan şəxs vəfat edərsə, həmin şəxsin ailə üzvünə dəfn xərcləri ödənilir. Dəfn xərcini çəkən şəxs müvafiq icra hakimiyyəti orqanından bu barədə arayış gətirərək Dövlət Sosial Müdafiə Fonduna təqdim edir və bundan sonra həmin şəxsə dəfn xərci üçün birdəfəlik müavinət ödənilir. Əgər şəxsin əlillik müddəti bitibsə, vəfat edərkən əlillik hüququ olmayıbsa, həmin şəxslərə dəfn xərci üçün birdəfəlik müavinət ödənilmir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600