DƏHŞƏT: Təcavüzə uğrayan 18 yaşlı qız intihar etdi – “Ana, balaca qızın artıq dözə bilmir” – FOTO/VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində 18 yaşlı qızın intiharı ilə nəticələnən təcavüz hadisəsi baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Eda Nur Kaplan təcavüzə uğradıqdan sonra şikayət ərizəsilə polis idarəsinə müraciət etsə də, onu zorlayan iki nəfərdən biri yaxalandıqdan sonra sərbəst buraxılıb, ikincinin axtarışları isə davam edir.

Təcavüzdən sarsılan 18 yaşlı qız buna dözməyərək özünü 15-ci mərtəbədə yerləşən evlərinin balkonundan ataraq intihar edib. Hadisə yerində keçinən Eda Nurun ölümündən sonra üzə çıxan anasına yazdığı son sözləri hər kəsi duyğulandırıb.

“Ana, balaca qızın artıq bəzi şeylərə dözə bilmir. Kimsəyə bir şeyini danışa bilmədi, həmişə ürəyinə atdı, o da çox yığıldı. Dayana bilmir artıq, heç nəyin gözəl olacağına inancı qalmayıb. Hər gün canı yanacağına 1 gün ağrısın deyib gedirəm, haqqını halal et”, – deyə Eda Nur anasına yazdığı meajda qeyd edib.

Hadisə ilə bağlı araşdırma davam edir.

COP29