Dəhşətli işgəncəyə məruz qalan modeldən XƏBƏR VAR – Anası şok detalları AÇIQLADI

media-hightechnic-468x90

Dubayda işgəncəyə məruz qalan 21 yaşlı ukraynalı “OnlyFans” modeli Mariya Kovalçukun anası Anna Kovalçuk qızının dəhşətli vəziyyəti barədə danışıb.

Yenicag.az xəbər verir ki, “The Sun” nəşri ilə söhbətində modelin anası bildirib ki, Mariyaya məclis zamanı xüsusi amansızlıqla hücum edilib, saçları bıçaqla kəsilib, baş dərisi dərin zədə alıb.

Həmin gecə Dubayda zəngin rusdilli şəxslərin qatıldığı özəl bir tədbirdə iştirak edən Mariya daha sonra bir həftədən çox itkin düşmüşdü. Gənc qadın yol kənarında ağır vəziyyətdə və huşsuz tapılıb. Anası bildirib ki, başdakı kəsik üz nahiyəsinə qədər uzanıb və Mariya hadisədən sonra komaya düşüb, indi Norveçdə reabilitasiya kursu keçir.

Qeyd olunur ki, Mariya hadisəni xatırlamır və hazırda həyatına təhlükə olduğu üçün gizlənmək məcburiyyətindədir. Mediada yayılan fotolarda onun başında tikiş izləri və dərin yara izləri aydın görünür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600