DƏHŞƏTLİ QƏZA: Sərnişin qatarı ilə yük maşını toqquşdu – Ölən var / FOTOLAR

Rusiyanın “Adler-Moskva” marşrutu ilə hərəkət edən sərnişin qatarı ilə yük maşını toqquşub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Kaluqa bölgəsində baş verib.

Qəza nəticəsində yük maşınının sürücüsü həlak olub. Qatarda olan sərnişinlərdən iki nəfər yüngül xəsarət alıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.