Dəm qazından boğulan şəxs tanınmış iş adamı imiş - FOTO

media-hightechnic-468x90

Nardarandakı bağ evində dəm qazından boğularaq faciəvi şəkildə həyatını itirən şəxsin kimliyi məlum olub. Məlum olub ki, dünyasını dəyişən 64 yaşlı Rəşad Əliyev Azərbaycanın biznes və dövlət sektorunda tanınmış simalardan biridir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Rəşad Əliyev uzun illər ölkənin nəhəng şirkətlərinə rəhbərlik edib. O, müxtəlif dövrlərdə “Toyota Bakı Mərkəzi”nin baş direktoru, “İSR Avto” nun direktoru və “İmprotex Motors” un baş meneceri vəzifələrində çalışıb. R.Əliyev həmçinin dövlət sektorunda da mühüm postlar tutub; o, 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini və Baş nazirin birinci müavininin köməkçisi olub.

Faciəvi şəkildə ölən şəxs həm də məşhur polis zabiti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur. Onun atası Firudin Əliyev də vaxtilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olmuş nüfuzlu dövlət xadimi idi.

Xatırladaq ki, hadisə zamanı Rəşad Əliyevin həyat yoldaşı, 1968-ci il təvəllüdlü Dilarə Əliyeva da ağır zəhərlənib. O, hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır, vəziyyətinin ağır olduğu bildirilir.

media-whatsapp_image_2026-02-12_at_12-16-08

Faktla bağlı araşdırmalar davam edir./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05