Dəmir yolu keçidləri bağlanacaq

media-hightechnic-468x90

89169Dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramına əsasən Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmiri nəzərdə tutulsa da, əlavə 52,6 kilometr yolun da əsaslı təmiri həyata keçirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq departament, xidmət və şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin sədr müavini Qurban Nəzirov deyib.

Yalama stansiyasının yenidən qurulması üçün dövlət büdcəsindən 1,7 milyon manat vəsait ayrılmasından da danışan Q.Nəzirov, fəaliyyətsiz olan bəzi xırda aralıq stansiyaların bağlanması və funksiyalarının dəyişdirilməsi vaxtının çatdığını bildirib. Eyni zamanda Bakı-Böyük Kəsik sahəsində qatarların təhlükəsiz hərəkətinin təmin olunması üçün Nəqliyyat Nazirliyi ilə razılığa əsasən 14 dəmir yolu keçidinin bağlanması da gündəmdədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600