Reklam: High Technic
hightechnic

“Dəmirbank” işçi axtarır – VAKANSİYA

“Dəmirbank” problemli kreditlərin hüquqi tənzimlənməsi departamentinə təcrübəçi vəzifəsinə işçi axtarır.

Yeniçağ.Az-ın məlumatına görə, ali təhsilli, yüksək ünsiyyət qabiliyyəti olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Əsas vəzifə öhdəlikləri:

– Problemli kreditlər üzrə kredit dosyelərinin filialardan müəyyən edilmiş qaydalar çərçivəsində qəbul edilməsi  qaydaları;

– Qəbul edilmiş kredit dosyelərinin departament daxilində aidiyyatı üzrə əməkdaşlara təhvil verilməsi;

– Qəbul edilmiş kredit dosyelərinin arxivləşdirilməsi, arxivdə saxlanılması, qeydiyyatının aparılması, onların tam  şəkildə qorunması və itirilməsinin qarşısının alınması formaları;

– Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması.

Namizədə qarşı tələblər:

– Ali təhsilinin olması;

– Yüksək ünsiyyət qabiliyyətinin olması;

– Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması;

– Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;

– Məlumatlandırma, detallara diqqət göstərmə qabiliyyətinin olması;

– Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərin olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamenti – Təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur.

 

Yeniçağ.Az

www.yenicag.az

182