Demokratiya, yoxsa neft savaşı? – “Tramp Netanyahunun oyununa gəldi"

media-hightechnic-468x90

“Tramp yalnış konstruksiyanın üzərində bina tikməyə çalışır”

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Tofiq Abbasov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın İran siyasətini səhv addım kimi qiymətləndirib. Ekspert mövcud gərginliyi Trampın İsrail baş naziri Benyamin Netanyahunun “tələsinə düşməsi” kimi xarakterizə edib:

“Tramp üçün ən vacib amil qazancdır. O, bir biznesmen kimi bütün məsələlərə kommersiya prizmasından yanaşır və əldə edəcəyi mənfəəti hesablayır. Məsələn, vaxtilə Venesuelaya müdaxilə gündəmə gələn kimi dərhal digər ölkələrin də adını çəkərək onlara ”azadlıq” vəd etdi. Lakin həmin ölkələr də Venesuela kimi zəngin neft-qaz resurslarına malikdir. Bu səbəbdən, belə məsələlərdə demokratiyadan danışmaq yersizdir. Biz ABŞ-ın Suriya, Liviya və Əfqanıstana gətirdiyi “sülhün” şahidiyik – bu “demokratiya”yalnız raketlər və bombalar vasitəsilə gətirilib.

Tramp İsrailin təkidi ilə İran tələsinə düşməklə böyük səhvə yol verdi. Artıq İsrail və İran arasındakı qarşıdurmada fərqli çalarlar müşahidə olunur. Netanyahu bu gərginliyi gizlətməyə çalışır, Trampı qələbə münasibətilə təbrik edərək yaxınlıq nümayiş etdirir. Lakin reallıqda Tramp artıq anlayır ki, Netanyahunun İranla bağlı irəli sürdüyü ilkin plan baş tutmadı. İndi isə Tramp alternativ tezislər ortaya ataraq İranla “sövdələşmə” ehtimalından danışır. Bu, yeni bir planın gündəmdə olduğunu göstərir, çünki müharibə hədəflərinə çatılmayıb və İsrail öz qarşısına qoyduğu məqsədləri həll edə bilməyib.”

Politoloq hesab edir ki, Trampın yalnış yoldan dönmə ehtimalı olsa da, bu, real görünmür:

“İran xalqına azadlıq vermək nə Netanyahunun, nə də Trampın səlahiyyətindədir. Hansı azadlıqdan söhbət gedir? Əgər rejimi dəyişmək nəzərdə tutulursa, bu, yalnız İran xalqının verə biləcəyi qərardır. İran xalqı öz suverenliyini, müstəqilliyini qoruyur və xarici təzyiqlər qarşısında duruş gətirə bilir.

Əgər Tramp yeni bir hərbi kampaniyaya başlayarsa, bu, həm region, həm də ABŞ üçün çox böyük itkilərlə nəticələnəcək. Belə bir ssenari nə ətraf ölkələrə, nə də bizə qətiyyən lazım deyil. Əgər Tramp keçmiş səhvlərini təkrarlamaq istəmirsə, mütləq müharibə planlarını kənara qoyub sülhə yönəlməlidir. Hazırda ABŞ-ın gəmiləri, aviadaşıyıcıları və hərbi texnikası Körfəz regionuna cəmləşib, hətta yerüstü əməliyyatlar da istisna edilmir. Lakin unutmaq olmaz ki, təməli yalnış atılmış bu əyri konstruksiyanın üzərində ucaldılan bina gec-tez çökməyə məhkumdur.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05