Dəniz Səki imdad dilədi

media-hightechnic-468x90

87784Narkotik maddələrin satışında günahlandırılaraq həbs edilən türk sənətçi Deniz Seki imdad diləyir.

Yenicag qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Seki ümidini yalnız Türkiyənin Konstitusiya Məhkəməsinə bağlayıb. “Həbsdə çox çətin günlər keçirirəm, ağlamaqdan göz yaşlarım qurudu. Konstitusuya Məhkəməsi 15.04.2014 tarixində göndərdiyim dosyemi əlinə alsa, mənim günahsız olduğumu görəcək və ədalət yerini tapacaq”-deyə o, bildirib.

Çətin günlər yaşayan Dəniz Sekiyə nişanlısı Faruk Salman iki quş hədiyə edib. Seki quşların birinə “Alican”, digərinə “Mələk”’ adı verib. “Onlar qəfəsdə, mən qəfəsdə. Onları qəfəslərindən çıxarıb uçururam, amma mən uça bilmirəm. Quş olub uçmaq və evimə qonmaq istəyirəm”- deyə, ah-nalə çəkdi.

Sezen Aksu, Gülben Ergen, Esra Erol, Yavuz Bingöl, Emre Altuğ kimi məşhurların ziyarət etdiyi və məktub yazdığı Seki həbsxanada yaşadıqlarını kağıza köçürməyə qərar verdiyini açıqlayıb: “Haldun Dormenin məktubunu oxuduqdan sonra həbsxana xatirələrimi yazmağa başladım”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600