Dənizkənarı milli parkda cinayət hadisəsi baş verib
Dənizkənarı Milli Parkda cinayət hadisəsi baş verib. Bulvarda adam bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və ilkin araşdırmalara başlanılıb.
Araşdırma nəticəsində məlum olub ki, bıçaqlanan şəxs 22 yaşlı Həsənov Saleh Tofiq oğludur. Ağır yaralanan gənc hadisə yerinə çağırılan təcili tibbi briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Saleh Həsənov dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, bıçaq onun qara ciyərini zədələyib.
Hadisənin hansı şəraitdə baş verməsi və motivi məlum deyil. Faktla bağlı Səbael Rayon Polis İdarəsində cinayət işi başlanıb və 22 yaşlı gənci bıçaqlayanın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. (apa.az)