!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Bakı, Ankara və Tiflisi birgə hərbi ittifaq yaratmağa səslədi

!Reklam – Yazi

Azərbaycanla Türkiyə arasında mayın 1-də başlanan birgə hərbi taktiki təlimlər davam edir. Hansı ki, bu təlimlərdə bütün döyüş qüvvələri sınaqdan keçirilir. Prosesdən göründüyü kimi iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq daha da dərinləşir. Bu fonda barəsində çoxdan söhbət gedilən Azərbaycan-Türkyə hərbi ittifaqının yaradılması məsələsi nəhayət ki, öz həllini tapa bilərmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, nəinki təkcə Azərbaycanla Türkiyə, habelə Gürcüstanın da iştirakı ilə 3 dövlət arasında hərbi ittifaqın yaradılması artıq günün vacib tələbinə çevrilib:

“Hazırkı şəraitdə Azərbaycanla Türkiyə arasında hərbi ittifaqın yaradılması çox vacib məsələdir. Beynəlxalq aləmdə hazırda baş verən hadisələr, xüsusilə Yaxın Şərq və Cənubi Qafqazda olan gərgin vəziyyət, xarici müdaxilələr, müxtəlif reaksiyalar belə deməyə əsas verir ki, regionda təhlükəsizliyimizin təmin edilməsi üçün mütləq mənada etibarlı müttəfiqlərlə bütün sahələrdə olduğu kimi hərbi istiqamətdə də əməkdaşlığı dərinləşdirməliyik. Bu sahədə də əsas ümid və güman yerimiz sözsüz ki, qardaş Türkiyədir. Türkiyə ilə uzun illərdir ki, hərbi sahədə də əməkdaşlıq edirik. Birgə hərbi təlimlər keçirilir. Bu mənada iki qardaş ölkə arasında hərbi sahədə mövcud olan sıx əməkdaşlığın Bakı ilə Ankara arasında hərbi ittifaqa çevrilməsi olduqca mühüm əhəmiyyət kəsb edə bilərdi. Fikrimcə, sözügedən məsələ ilə bağlı Gürcüstanı da unutmamalı, kənara atmamalıyıq. Türkiyə NATO dövlətidir. Düzdür, NATO Türkiyəyə töhfə vermək əvəzinə, təəssüf ki, vaxtaşırı zərbələr vurmaqla məşğuldur. Qərb Türkiyəyə qarşı terrorçu PKK-nı silahlandırır, onlara dəstək verir. Ona görə də mövcud situasiya daxilində Azərbaycanla Türkiyənin birgə etibarlı, dayanıqlı hərbi ittifaqa malik olması günün tələbidir. İşğalçı Ermənistan öz ağasının yanına qaçıb. Rusiyanın acından ölən bu ölkədə hərbi bazaları var. Azərbaycanla Türkiyə də mövcud olan gərgin situasiya fonunda birgə müdafiə olunmaq, müstəqilliyimizi qorumaq üçün belə bir addım atmalıdırlar. Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli hərbi ittifaqın yaradılması istiqamətində ciddi şəkildə fikirləşməli və tədbir görməliyik. Çünki müasir dünyada bir sıra hallarda xarici təhdidlərə təkbaşına cavab vermək çətin olur. Ümid edirəm ki, belə bir hərbi ittifaqın yaradılması məsələsinə dövlət başçıları tərəfindən baxılacaq və məsələ məqsədəuyğun addım olaraq da öz müsbət həllini tapacaq”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv