Deputat Bəhruz Məhərrəmov : "Bu, İlham Əliyevin sülh strategiyasının qələbəsidir"

media-hightechnic-468x90

Ermənistan Silahlı Qüvvələri Qazax rayonunun Bağanıs Ayrım kəndi ilə Ermənistanın Bağanis və Əskipara kəndləri istiqamətindəki 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib. Bu addım 2024-cü ilin aprel-may aylarında əldə olunmuş delimitasiya və demarkasiya razılaşmaları çərçivəsində reallaşıb.

media-banner_tkm

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, bu proses Prezident İlham Əliyevin təşəbbüsləri əsasında qurulan sülh strategiyasının nəticəsidir:

“5 postun təhvil verilməsi dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə dayanıqlı yanaşmanın təmin olunmasının göstəricisidir. Cənab İlham Əliyevin liderliyində qazanılan hərbi-siyasi qələbələrlə yaranan yeni geosiyasi reallıqda silahların susması və münaqişənin ticari əməkdaşlıqla əvəzlənməyə başlaması bölgə üçün yeni səhifə açır.

Militaristik ritorika tutan Ermənistanın artıq Azərbaycanın müəyyən etdiyi direktivlər əsasında sülhə üstünlük verməsi, regionun yenidən dizayn olunan təhlükəsizlik arxitekturasının sağlam təməllərinə xidmət edəcək”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05