Deputat təbriklərə şeirlə cavab verdi
Bu gün millət vəkili Musa Urudun doğum günüdür.
Deputat onu təbrik edənlərə şeirlə cavab verib: “Ad günüm münasibəti ilə təbrik göndərən və göndərəcək bütün dostlara minnətdarlığımı bildirirəm. Ad günü uşaqlar üçün bayram, yetkinlər üçün hesabat, yaşlılar üçün isə azalan təqvimin daha bir sarı yarpağının düşməsidir. Ən əsası Allah verən ömrü halallıqla yaşamaqdır.
Ömür quş kölgəsi tək,
Keçib getdi üstümdən.
Saralmış otlar qədər
İzim qalmadı yurdda!”
Qeyd edək ki, M.Urudun 53 yaşı tamam olur.